“ABŞ Nümayəndələr Palatasının Ukraynaya yardım göstərmək qərarı Birləşmiş Ştatları zənginləşdirəcək, Ukraynanı isə əksinə yoxsullaşdıracaq”.
Bu açıqlama ilə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov çıxış edib.
O bildirib ki, Vaşinqtonun Ukraynaya yardım göstərmək qərarı gözlənilən idi və proqnozlaşdırılırdı.
“Bu qərar daha çox ukraynalının ölümünə səbəb olacaq” – D.Peskov deyib.
O əlavə edib ki, ABŞ Rusiya əmlakının müsadirə edilməsi qərarına görə cavab verəcək.
Qeyd edək ki, bir neçə dəqiqə əvvəl ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollara yaxın yardım haqqında qanun qəbul edib.