Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Türkiyənin İstanbul şəhərində keçirilən “Bosphorus Cup” adlı beynəlxalq yarışda iştirak edən bədii gimnastika üzrə Azərbaycan millisinin 3 üzvü fərdi çıxışda final mərhəlisinə vəsiqə qazanıb.

Bu barədə QİA.az-a Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Sofiya Məmmədova top və halqa, Şəms Müvəffəqi lentlə, Dəniz Abdulzadə isə gürzlərlə hərəkətlərin icrasında həlledici mərhələyə adını yazdırıb.

Qeyd edək ki, yarış aprelin 19-u, 21-i aralığında keçirilir.

Oxşar Xəbərlər