Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun görüşlərinə yekun vurulub.
QİA.Az Oxu.Az-a istinadən xəbər verir ki, son oyun günü “Araz Naxçıvan” “Səbail”i qəbul edib.
“Liv Bona Dea” arenada keçirilən matçda qonaqlar 2:0 hesablı qələbəyə seviniblər. Bakılıların heyətində 32-ci dəqiqədə Aleksandr Ramanlinqom penalti zərbəsini dəqiq yerinə yetirib. 75-ci dəqiqədə isə Yusif Nəbiyev paytaxt klubunun üstünlüyünü 2 topa çatdırıb.
Bu nəticənin ardından Şahin Diniyevin komandası xal ehtiyatını 42-yə çatdırmaqla, altıncı pillədə qərarlaşan “Turan Tovuz”un turnir cədvəlindəki mövqeyinə şərik olub.
Naxçıvan klubu isə 32 xalla səkkizinci pillədə qalıb.
Qeyd edək ki, turun digər görüşlərində bu nəticələr qeydə alınıb: “Turan Tovuz” – “Sumqayıt” – 1:4, “Qarabağ” – “Qəbələ” – 2:2, “Zirə” – “Neftçi” – 3:1, “Kəpəz” – “Sabah” – 1:2.