“Azərbaycan Qarabağda təhlükəsizliyi öz qüvvələrinin hesabına təmin edəcək”.
QİA az KTMT-ə istinadən xəbər verir ki, KTMT-nin baş katibi İmanqali Tasmaqambetov çıxış edib.
“Rusiya sülhməramlılarının Qarabağda olmasına gəlincə, ora Azərbaycan Respublikasının ərazisidir və Azərbaycanın təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var. Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, – deyə KTMT-nin baş katibi vurğulayıb.