Şamaxıya yağan leysan bəzi fəsadlar törədib.
QİA.az xəbər verir ki, bu barədə Yerli sakinlər AZƏRTAC-ın əməkdaşına bildiriblər ki, yağan yağışdan sonra dağlardan gələn sel sularının Şamaxı-Priqulu avtomobil yoluna çıxması nəticəsində avtomobillərin hərəkətində bir müddət çətinlik yaranıb.
Yağış səbəbindən rayonun Əngərxan və Çuxryurd kəndlərində vətəndaşlara məxsus meyvə bağlarını, əkin sahələrini, həmçinin həyətləri, evləri, yardımçı tikililəri su basıb.