Beynəlxalq Şahmat Federasiyasının (FİDE) baş direktoru Emil Sutovski sosial şəbəkədə dünya şahmat tacı uğrunda qarşılaşmanın tarixlərini açıqlayıb.
“Oyun noyabrın 20-dən dekabrın 15-dək baş tutacaq”, – Sutovski yazıb.
Xatırladaq ki, dünya çempionu adı uğrunda bu titulun hazırkı sahibi çinli Din Lijenlə aprelin 3-dən 22-dək Torontoda (Kanada) keçirilən İddiaçılar Turniri – 2024-ün qalibi hindistanlı Qukeş Dommaraju mübarizə aparacaq.