İsrail Müdafiə Ordusu gecə saatlarında “Hizbullah” silahlı-siyasi qruplaşmasının Livanın cənubunda yerləşən obyektlərinə, döyüşçülərinə hava və artilleriya zərbələri endirib.
QİA.az İsrail KİV-ə istinadla xəbər verir ki, məlumatı ordunun mətbuat xidməti yayıb.
Bildirilib ki, Livanın Şumr, Tir-Xarf, Markab, Ayta-Əş-Şaab, Maruin Şaxin, Kfar Şub rayonları hücuma məruz qalıb.
Məlumata görə, hücumun hədəfində qruplaşmanın hərbi təyinatlı binaları, müşahidə məntəqəsi, döyüşçülərin bölmələri olub.