Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib-FOTO

Bu gün Azərbaycan Kubokunda finala çıxan ikinci komandanın adına aydınlıq gəlib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Qarabağ” ilk oyunda 4:0 hesabı ilə qalib gəldiyi “Neftçi”ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib. Görüş Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda hesabı 16-cı dəqiqədə Olavio Juninyo açıb. Qonaqların heyətində 61-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub. Ruslan Mirzov 63-cü dəqiqədə fərqi azaldıb. Juninyo 69-cu dəqiqədə dublunu rəsmiləşdirib. Matçın yekun nəticəsini 78-ci dəqiqədə Nəriman Axundzadə müəyyənləşdirib.

Yarımfinalın ilk görüşündə “Zirə” səfərdə “Qəbələ”yə iki cavabsız topla qalib gələrək finala yüksəlib. Bu komandalar arasında ilk oyunda da “qartallar” 2:1 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu iyunun 2-də “Liv Bona Dea Arena”da olacaq.

Oxşar Xəbərlər