Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Bu il ölkəmizdə təşkil keçiriləcək COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” tədbirləri fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov “Sahibkarlar Günü” ilə bağlı keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, istehsal prosesinin ətraf mühitin mühafizəsi standartlarına uyğunlaşdırılması və yaşıl məhsulların istehsalı bizneslərin ixrac potensialının və maliyyə resurslarına çıxış imkanının artırılmasına xidmət edir.

“Cari il ərzində KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması məqsədlə yeni institusional təsisatın və təşviq mexanizmlərinin yaradılması üzrə təkliflər hazırlanacaq. KOBİA həmçinin Azərbaycanın biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyasının “Ekoloji, sosial və korporativ idarəetmə standartları” altqrupuna rəhbərlik edir. Sözügedən altqrup çərçivəsində fəaliyyətlər ətraf mühit məsələlərinin də geniş əhatə olunduğu ESG prinsiplərinin Azərbaycanda tətbiqinin təşviqini hədəfləyir”, – deyə O.Məmmədov əlavə edib.

Oxşar Xəbərlər