Bakı Dövlət Universitetində (BDU) “Türk otağı” açılıb.
QİA.az xəbər verir ki, açılış mərasimində çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev “Türk otağı”nın Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin daha da inkişafı naminə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
Bildirilib ki, BDU-da türk dili, ədəbiyyatı, tarixi ilə bağlı fənlər tədris olunur, elmi tədqiqatlar aparılır. “Türk otağı”nda olan ədəbiyyat, əyani vəsaitlər türk filologiyası, regionşünaslıq (Türkiyə üzrə) ixtisası üzrə kadr hazırlığına töhfə verəcək.