STS 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək-FOTO

Mərkəzi Avrasiya regionu Beynəlxalq Kosmik Texnologiyalar Konfransı (STS) təşkilatının hüquqları 2025-ci ildə Azərbaycana ötürülüb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qərar Türkiyə Kosmik Agentliyinin (TUA) təşkilati dəstəyi ilə Ankarada keçirilən STS-in üçüncü konfransının yekunlarına görə qəbul olunub.

Türkiyə paytaxtında keçirilən tədbirdə dünyanın onlarla ölkəsinin kosmik agentliklərinin və şirkətlərinin 350-dən çox təmsilçisi, o cümlədən Azərbaycan Kosmik Agentliyinin (“Azərkosmos”) nümayəndə heyəti iştirak ediblər.

STS – Avrasiya regionunda kosmik sahənin perspektivlərinin dialoqu və müzakirələri, eləcə də bu sahədə uzunmüddətli tərəfdaşlığın qurulması üçün dünyada tanınmış platformadır.

Ankarada konfrans çərçivəsində yeni peyk texnologiyaları, təhlükəsizlik, maliyyələşdirmə və sahənin tənzimlənməsi mövzusunda 50-dən çox görüş təşkil olunub

Oxşar Xəbərlər