Estoniyanın paytaxtı Tallində keçirilən Prezident Kubokunda Azərbaycanın daha bir taekvondoçusu fəxri kürsüyə yüksəlib.
QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, 36 kiloqramda mübarizə aparan Ülvi Məmmədov kiçikyaşlı idmançıların yarışında gümüş medal qazanıb.
Bununla da Azərbaycan millisinin yarışdakı mükafatlarının sayı 7-yə yüksəlib.
Bunadək yeniyetmələrdən ibarət yığma 1 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələnib.
Qeyd edək ki, Prezident Kubokunda gənc taekvondoçular da mübarizə aparacaqlar.