İndoneziyanın Yava sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 37,2 min nəfər əhalisi olan Bancar şəhərindən 85 kilometr cənubda yerləşib. Yeraltı təkanların ocağı 54 kilometr dərinlikdə olub.
Sunami təhlükəsi elan olunmayıb.
Mənbə: TASS