İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşeklə “COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri” ətrafında fikir mübadiləsi aparıb.
QİA.az xəbər verir ki, bu barədə ölkənin baş iqtisadçısı sosial şəbəkədə bildirib.“Səudiyyə Ərəbistanı Krallığına səfərimiz zamanı Dünya İqtisadi Forumunun idarəedici direktoru Mirek Duşek ilə görüşdük.
Ölkəmizin qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, aşağı karbonlu biznes həllərinin tətbiqi, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələləri, əlverişli işgüzar mühit, özəl sektorun inkişaf trendləri barədə danışdıq”, – o yazıb.