Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Qızılca kəndində 1 nəfərin meyitinin çətin keçilən ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
QİA.az xəbər verir ki, bu barədə Oxu.Az-a FHN-dən bildirilib.
Vurğulanıb ki, müraciətlə əlaqədar Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çətin keçilən ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.