Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib

Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən QİA.az-a verilən məlumata görə, görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti, rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, rayon Dövlət Aqrar İnkişaf Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin regional bölməsi və yerli bələdiyyələrin əməkdaşları iştirak ediblər.

Görüşdə heyvandarlıq təsərrüfatlarının sahiblərinə və fermerlərə “Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi” barədə məlumat verilib, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinə nəzarətin həyata keçirilməsi, heyvan və heyvan mənşəli məhsulların izlənilməsi zamanı heyvanların identifikasiya olunmasının zəruriliyi izah edilib.

Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Oxşar Xəbərlər