Rusiyada dünya çempionu tapdığı yeddi milyonu sahibinə qaytarıb

Pauerliftinq üzrə dünya çempionu və İnquşetiyadan olan polis serjantı Rüstəm Kukurxoyev yeddi milyon rubl olan çanta aşkar edib və onun sahiblərinin izinə düşüb, onların Qroznıdan olduqları üzə çıxıb.

Məlumata görə, Rüstəm yaxınları ilə birlikdə Nazrandan Sunjaya gedirmiş, onlar toy üçün alış-verişə çıxıbmışlar. Qadınlar bazarlıqla məşğul olarkən Kukurxoyev Mərkəzi Məscidə girib və yolda içində pul olan çanta tapıb. Həmin şəxs tapıntı barədə sosial şəbəkələrdə paylaşım edib. Məlum olub ki, pul bir uşağın müalicəsi üçün nəzərdə tutulub və məsciddə dayanacaqda qalıb. Ev sahibləri taksi ilə Qroznıya qayıdırmışlar.

“Uca Allaha şükür edirəm ki, nadanların heç biri onlara toxunmayıb. Nazrandan Sunjaya getməli oldum, amma məsciddə namaz qılmaq fikrim yox idi. Sadəcə, biz tezliklə toy planlaşdırırıq və buna görə də ailəmdən qadınları mağazaya apardım”, – deyə Kukurxoyev bildirib.

Xəstə uşağın atası sonda kömək etdiyinə görə idmançını mükafatlandırıb.

Mənbə: runews24.ru

Oxşar Xəbərlər