Azərbaycan Mətbuat Şurası, Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi və “525-ci qəzet”in birgə təşkilatçılığı ilə “I Gənc mədəniyyət müxbirləri məktəbi” layihəsi çərçivəsində növbəti görüş baş tutub.
QİA.az xəbər verir ki, layihənin növbəti qonağı Azad Azərbaycan Televiziyasının “ATV Səhər” verilişinin aparıcısı Sərdar Amin olub.
Jurnalistikanın etik kodeksləri, mətbuatın yazılmayan qanunları barədə fikirlərini bölüşən S.Amin mədəniyyət sahəsi üzrə ixtisaslaşmaq arzusunda olan jurnalistlərin bilməli olduqları xüsusi nüansları izah edib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.
Nahid Xəlilov