COP29-un Baş danışıqçısı sədrliyin prioritetlərini açıqlayıb

COP29-un Baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev COP29 komandasının əsas iş istiqamətlərindən danışıb və bildirib ki, konfransın yekun sənədləri ilə bağlı proses hələ başlamayıb.

QİA.az xəbər verir ki, o, bunu VI Ümumdünya Forumu çərçivəsində “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” mövzusunda keçirilən iclasda deyib.“COP29 komandası hazırda əsas məsələlər üzrə üç vacib sahədə işləyir. Birincisi, danışıqlar prosesinə hazırlıqdır. COP29-un yekun sənədləri ilə bağlı danışıqlar prosesi hələ başlamayıb. Lakin bu prosesə hazırlıq çərçivəsində prosesin tərəfsiz iştirakçıları, müxtəlif dövlətlərlə onların mövqeyini öyrənmək üçün fəal məsləhətləşmələr aparılır”, – o bildirib.

Oxşar Xəbərlər