Fransanın paytaxtı Parisdə “Əmək Günü” nümayişində iştirak edənlərin sayı 18 min nəfər təşkil edib.
Bu barədə şəhər prefekturası məlumat verib.
Bundan əvvəl “Ümumi Əmək Konfederasiyası” (CGT) həmkarlar ittifaqı paytaxtda aksiyaya 50 min iştirakçının cəlb olunduğunu bildirmişdi. CGT-nin məlumatına görə, bütün Fransada 200 min insan küçələrə çıxıb.
Prefekturanın məlumatına görə, Parisdə keçirilən aksiya zamanı 29 nəfər saxlanılıb. Daha 917 nəfərin üzərində axtarış aparılıb.
Qeyd olunur ki, nümayiş başlanandan az sonra etirazçılar arasında iğtişaşlar başlayıb. “Black bloc” radikalları vitrinləri və avtobus dayanacaqlarını sındırmağa, polisə daş və fişənglər atmağa başlayıblar. Polis dəfələrlə gözyaşardıcı qazdan istifadə edib.