Quterreş COP29-da iştirak etmək niyyətindədir

BMT Baş katibi Antonio Quterreş Azərbaycanda keçiriləcək COP29 tədbirində iştirak etmək niyyətindədir.

QİA.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin qəbulunda BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart deyib.Azərbaycan Prezidenti BMT Baş katibini COP29-da görməkdən məmnun olacağını deyib.Dövlət başçısı vurğulayıb ki, COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilir. Azərbaycan beynəlxalq ictimaiyyətlə və təsisatlarla COP29-un substantiv məsələləri üzrə danışıqlar və məsləhətləşmələr aparır.

Oxşar Xəbərlər