Tərtərdə itkin düşən 15 yaşlı Nigar Niyaməddin qızı Məhərrəmlinin axtarışları davam edir.
QİA.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində hadisənin təfərrüatı məlum olub.
Belə ki, Nigarın anası Günel bildirib ki, qardaşının yoldaşı qızının oxuduğu məktəbə gedərək direktora şikayət edib:
“Nigar narkomandır, bu məktəbdə oxumasını istəmirik, mənim uşaqlarım təhlükədədirlər” kimi ifadələr işlədib.
Nigarın babası Əli bildirib ki, nəvəsi çox ağıllı, savadlı qızdır və onu kimsə yoldan çıxarıb.
Qeyd edək ki, ailəsi Nigarın qaçırıldığını düşünür.