Əli Hüseynli: Hər il “Prezident Kuboku 2024” reqatasında iştirakçıların sayının artması qürurverici haldır

Hər il bu yarışda iştirakçıların sayının artması qürurverici haldır.

QİA.az “Report”un Mingəçevirə ezam olunan əməkdaşına istinad ilə xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatası barədə jurnalistlərə açıqlamasında deyib.O, yarışa Suqovuşanda start verilməsinin rəmzi hadisə olduğunu bildirib: “İlk turnirdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva da iştirak edirdi. Çox möhtəşəm təşkilatçılıq var idi. İndi də hər şey qaydasındadır”.Əli Hüseynli avarçəkən Diana Dımçenkonun Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmasına da toxunub: “Bu, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının böyük uğurudur. Bu onu göstərir ki, ölkəmizdə idman sahəsində inkişaf var. Dövlətimiz gənclərə də böyük dəstək verir”.Qeyd edək ki, “Prezident Kuboku 2024” beynəlxalq reqatası bu gün başa çatacaq.

Oxşar Xəbərlər