Nazirlik rəsmisi: Məktəblərdə bullinq hallarına qarşı mübarizə aparılır

Azərbaycanda fəlaiyyət göstərən ümumi təhsil müəssisələrində bullinq hallarına qarşı mübarizə aparılır.

QİA.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova “İctimai proseslər media müstəvisində” keçirilən keçirilən forumun “Mediada kiberbullinqə qarşı effektiv mübarizə və kiber maarifləndirmə” adlı panelində çıxışı zamanı deyib.Onun sözlərinə görə, ölkədə 4000-dən artıq məktəb var: “Bu o deməkdir ki, hər kəs dolayısı ilə təhsillə məşğuldur. Ona görə də bullinq məsələsi kifayət qədər aktualdır. Məsələnin ciddiyətinə gəlincə, bullinq nəticəsində hətta həyatını itirənlər də olur”.G.Səfərova bildirib ki, bəzi hallarda kiberbullinqi həyata keçirənlərin kimliyini müəyyənləşdirmək çətin olur: “Çünki burada adətən saxta profillərdən istifadə olunur. Kiberbullinqə səbəb olan məqamlardan biri də kibertəhlükəsizlik qaydalarına əməl olunmamasıdır”.Məktəblərdə bullinqlə bağlı maarifləndirmə işlərinin bu və ya digər formada həyata keçirildiyinə diqqət çəkən rəis müavini əlavə edib: “Bu məsələdə “Məktəblinin dostu” layihəsi vasitəsilə də işlər davam edir. Məktəbdaxili monitorinq işini daha da artırmağı düşünürük”.

Oxşar Xəbərlər