Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb.
Bunu Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə bildirib.
“Proses aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb”, – Vardapetyan bildirib.
Qeyd edək ki, cinayət işinin açılmasına səbəb olan hadisələr ötən ilin aprelində baş verib.
Mənbə: Sputnik