Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti rəqəmsal SAT imtahanı keçirilib.

QİA.az xəbər verir ki, imtahanda 2 əcnəbi olmaqla, ümumilikdə 94 nəfər iştirak edib.

Növbəti imtahanın 2024-cü il iyunun 1-də keçirilməsi nəzərdə tutulur.Rəqəmsal SAT imtahanı barədə ətraflı məlumat DİM-in saytında yerləşdirilib.

Əlavə sual yarandığı halda [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Oxşar Xəbərlər