Myanmanın şimalındakı Kaçin əyalətində nəsli kəsilməkdə olan quş növü aşkar edilib.
QİA.az Sinxua agentliyinə istinadla xəbər verir ki, o, ov quşu olduğundan Cənub-Şərqi Asiya ölkəsində cəmi 40 dənəsi qalıb. Yalniz Kaçin əyalətində və Saqainq bölgəsində yaşayan həmin quş hazırda Myanmada İrravadi delfini, bəbir və qırmızı pandadan daha nadir növ sayılır. Əgər qorunmasa, beş ildən sonra nəsli tamamilə kəsilə bilər.Bu quş əsasən tünd boz rəngdə olur, boğazı və aşağı hissələri ağdır, bulanıq çaylar və bataqlıq ərazilərdə yaşayır. 2007-ci ildən kritik təhlükə altında olan quşlar siyahısına daxil edilib.