İsrail və HAMAS arasındakı Qahirə danışıqları nəticəsiz başa çatıb.
QİA.az-ın xəbərinə görə, bu barədə “CBS News” telekanalı məıumat yayıb.
Qeyd olunub ki, İsrail Fələstin tərəfinin 6 günlük atəşkəs təklifinə cavab verənədək müzakirələrə qatılmayacaq. Xarici mətbuatın yazdığına görə, İsrailin baş naziri Benyamin Netanyahu qarşı tərəfə ultimatum göndərərək, Qəzzada hərbi əməliyyatların 7 gün müddətinə dayandırılması razılaşdırılmasa, TSAXAL ordusu Rəfahda hərbi əməliyyatlara başlayacağını bildirib.
Onu da xatırladaq ki, tərəflər HAMAS-ın saxladığı 130 nəfərdən çox girovun azadlığa buraxılması məsələsində də konsensus əldə edə bilməyiblər.
Bu arada, Vaşinqton indiyədək onların çox az hissəsinin həyatda olduğunun ehtimal edildiyini açıqlayıb.