“Ötən il Moskvada 9 May – Qələbə Günü ilə bağlı tədbirdə iştirak etmişəm. Düşünmürəm ki, hər il iştirak etməliyəm”.
QİA.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında deyib. “Ermənistan liderinin hər il bu tədbirdə iştirak etdiyi kimi bir təcrübəni xatırlamıram. Düşünmürsünüz ki, Ermənistan rəhbərinin hər il 9 May paradında iştirakı qəribə olardı”, – deyə Paşinyan qeyd edib.Xatırladaq ki, N.Paşinyan mayın 8-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə göüş keçirəcək. Bununla belə, Paşinyan Qələbə Günü ilə bağlı tədbirlərə qatılmayacaq.