Dövlət Komitəsi: Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib

Tovuz rayonunda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib.

QİA.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, fakt Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb, araşdırılması və dərhal tədbir görülməsi ilə bağlı aidiyyəti qurumlara, Tovuz Rayon İcra Hakimiyyətinə və polisə məlumat verilib.

Araşdırma zamanı məlum olub ki, 10-cu sinif şagirdi Aysel Məmmədlini (şərti ad) kənd sakini Mətin Mustafayev evlənmə məqsədi ilə qaçırıb.

Məktəbli qız ailəsinə təhvil verilib, məsələnin nəzarətdə saxlanılması təmin olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Oxşar Xəbərlər