Serbiyada keçirilən parataekvondo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi İmaməddin Xəlilov 70 kq çəki dərəcəsində qızıl medal qazanıb.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, o, finalda türkiyəli rəqibini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, parataekvondoçu ötən il Rotterdamdakı analoji yarışda da qitənin ən güclüsü olmuşdu.

