İngiltərə Premyer Liqası: “Tottenhem” “Aston Villa”nı məğlub etdi

İngiltərə Premyer Liqasının 37-ci turunda “Tottenhem” “Börnli” ilə qarşılaşıb.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, qarşılıqlı hücumlarla başlayan görüşdə hesabı qonaqlar açıblar. Yakob Bruun 25-ci dəqiqədə dəqiq oynayıb – 1:0. Amma məğlubiyyətlə barışmayan “Tottenhem” hesaba tarazlıq gətirib. 32-ci dəqiqədə Pedro Porro bərabərlik qolunu vurub – 1:1. Görüşün sonlarına doğru aktivliyi daha da artıran meydan sahibləri hesabda irəli çıxıblar. 82-ci dəqiqədə Miçi Van De Vin görüşdə son nöqtəni qoyub – 2:1.

Qeyd edək ki, “Tottenhem” 63 xalla 5-ci pillədə qərarlaşıb. “Börnli” 25 xalla 19-cudur.

Oxşar Xəbərlər