Qəzza zolağından İsrailin cənubundakı Aşkelon şəhərinə endirilən raket zərbəsi nəticəsində üç nəfər yaralanıb.
QİA.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yerli həkimlərə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, qurbanlar raketlə vurulan evin sakinləridir, onların həyatları təhlükədə deyil.
Bundan əvvəl İsrail Müdafiə Qüvvələri Aşkelonda hava hücumu barədə xəbərdarlıq edən sirenlərin işə düşdüyünü bildirmişdi.