Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Dövlət İmtahan Mərkəzi mayın 12-də Naxçıvanda tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı keçirib.

QİA.az AZƏRTAC-ın Naxçıvan bürosuna istinad ilə xəbər verir ki, imtahanlar Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəbdə və Naxçıvan Dövlət Universitetinin Konservatoriya binasında təşkil olunub. Azərbaycan dili imtahanında 86 şagird və abituriyent, dövlət qulluğunun A və B növləri üzrə keçirilən imtahanda isə 34 dövlət qulluqçusu iştirak edib. İmtahanlara, ümumilikdə 2 imtahan rəhbəri, 10 nəzarətçi cəlb edilib.

Oxşar Xəbərlər