Premyer Liqa: “Sabah” səfərdə “Qəbələ”yə uduzub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIV turun daha bir oyunu keçirilib.

QİA.az Oxu.Az-a istinadən xəbər verir ki , günün ilk matçında çempionatda sonuncu olacağı dəqiqləşən “Qəbələ” “Sabah”ı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib – 2:0.

33-cü dəqiqədə Əyyub Əllaş, 45+1-ci dəqiqədə Klesio Bauk hesabı açıb. 65-ci dəqiqədə Davit Volkov birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini azlıqda qoyub.

“Qəbələ” qalibiyyət sayəsində xallarının sayını 23-ə çatdırıb. “Sabah” hələlik 52 xalla 4-cü sıradadır.

Bu gün “Sumqayıt” – “Səbail” görüşü də baş tutacaq.

Qeyd edək ki, daha əvvəl “Neftçi” “Kəpəz”i (5:1), “Turan Tovuz” “Araz-Naxçıvan”ı (1:0), “Qarabağ” “Zirə”ni (1:0) məğlub edib.

Oxşar Xəbərlər