Azərbaycanın gənc boksçuları beynəlxalq turnirdə iştirak edəcəklər

Bu gün Macarıstanın Eqer şəhərində yeniyetmə və gənc boksçular arasında beynəlxalq turnir start götürəcək.

QİA.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, turnirdə Azərbaycan millisi gənclərin yarışında təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev yarışda Tağı Nəsibov (60 kiloqram), Abbasqulu Şadlinski (71 kiloqram), Hüseyn Hüseynli (80 kiloqram) və Ruslan Qəhrəmanova (86 kiloqram) şans verəcək. Final döyüşləri mayın 17-də baş tutacaq.

Qeyd edək ki, yığma Bakıya mayın 18-də dönəcək.

Oxşar Xəbərlər