Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib.
QİA.az Axar.az-a istinadən xəbər verir ki, şirkət qiymətləri 2,5 dəfə artırıb.
Dünənə kimi 79,99 türk lirəsi (4,23 AZN) hesablanan çatdırılma xidməti, bu gündən 199,99 türk lirəsi kimi (10,63 AZN) hesablanacaq.