Bu gün Beynəlxalq Ailə Günü ərəfəsində ənənəvi “Ailə Festivalı” keçirilir.
QİA.az Oxu.Az-a istinadən xəbər verir ki, festival “Ekoloji düşüncə ailədən başlayır” şüarı altında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbirdə ailələr, rəsmi qonaqlar, ziyalılar, media mənsubları, bloqerlər, türk dövlətlərinin ölkəmizdəki səfirliklərinin nümayəndələri iştirak edirlər.
Festivalda uşaqlar üçün müxtəlif ustad dərsləri (xalça toxuma, ebru sənəti, dulusçuluq, eləcə də gül çələngi, maqnit, eko-çanta hazırlanması, gil ilə iş və s.), animatorların iştirakı ilə əyləncələr və sonda konsert proqramı təşkil edilir.
Könül Cəfərli