Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza səbəbindən metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.