Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimindən sonra çəkilmiş ilk rəsmi portreti Bukinqem Sarayında nümayiş etdirilib.
Portreti məşhur portret ustası Conatan Leo çəkib. Kral Çarlz 2021-2023-cü illər arasında dörd dəfə rəssam üçün portret qarşısında oturub.
Conatan Leo Kral Çarlzın portretini çəkməyin onun üçün böyük bir zövq olduğunu deyib. Qeyd edək ki, o, İdris Elba, Nikol Kidman, Malala Yusufzay, keçmiş Baş nazirlərdən Devid Kemeron və Toni Bleyerin də rəsmlərini çəkib.


Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

