Burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz.
QİA.az xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. …Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”, – deyə Belarus Prezidenti vurğulayıb.