Azərbaycan PATA-nın sammitində təmsil olunur

Azərbaycan Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) Çinin Makao şəhərində keçirilən illik sammitində təmsil olunur.

QİA.az-ın Dövlət Turizm Agentliyinə istinadən verdiyi məlumata görə, “Liderlərin Dialoqu: Gələcəyə əsaslanan Səyahət və Turizm Siyasətləri” adlı panel müzakirəsində çıxış edən Florian Zenqstşmid Azərbaycanda məsuliyyətli və dayanıqlı turizmin inkişafı məqsədilə atılan addımlardan, Basqal kimi icma əsaslı turizmin inkişafı ilə bağlı icra olunan uğurlu dövlət layihələrindən, “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması nümunəsindən danışıb.

Agentliyin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov səfər çərçivəsində turizm təhsilinin biznesin ehtiyaclarına uyğunlaşdırılması, bu istiqamətdə PATA regionunda universitetlər və biznes arasında əməkdaşlıq imkanlarının təşviqinə həsr olunmuş hökumət nümayəndələrinin iclası çərçivəsində müzakirələrdə iştirak edib.

Qeyd edək ki, Azərbaycanın 2019-cu ildən üzv olduğu təşkilatın illik sammitləri turizm sənayesindəki cari çağırışların müzakirəsi üçün beynəlxalq platforma kimi çıxış edir.

Oxşar Xəbərlər