Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri çox həvəslə “Qarabağın rəngləri” layihəsinə qoşuldular. Akademiyanın 60-dan çox tələbəsi eskizini komissiyaya təqdim etdi. Layihəyə təqdim edilmiş 60-dan yuxarı eskiz içərisindən cəmi 23 tələbənin əsəri seçilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev “Qarabağın rəngləri” layihəsinin təqdimat mərasimində çıxış edərkən deyib.
Eskizlərin bir-birindən maraqlı olduğunu diqqətə çatdıran rektor əsərlərin ərsəyə gəlməsində Akademiyanın professor-müəllim heyətinin də böyük əməyinin olduğunu vurğulayıb.