Olimpiya Təsnifat turniri: Azərbaycan boksçusu ilk görüşündə qələbə qazanıb

Tailandın paytaxtı Banqkokda II Dünya Olimpiya Təsnifat turniri davam edir.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin boksçusu Alfonso Dominges ilk görüşünə çıxıb.

92 kiloqramda mübarizə aparan dünya çempionu 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb. Görüş Domingesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da olacaq.

Oxşar Xəbərlər