Azərbaycan minifutbol millisi Avropa çempionatının əsas favoritlərindən hesab olunur

Avropa Minifutbol Federasiyası Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq Avropa çempionatının qalibi olmağa namizəd ölkələrin adlarını açıqlayıb.

QİA.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk “beşlik”də Azərbaycan yığması da var. Siyahıda milli komandamızla yanaşı, Rumıniya, Qazaxıstan, Çexiya və Macarıstan kollektivləri də yer alıb.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da baş tutacaq. Azərbaycan seçməsi İtaliya, Fransa və Belçika ilə birgə F qrupunda mübarizə aparacaq.

Oxşar Xəbərlər