Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Xorvatiyanın Osijek şəhərində keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, medalı 25 metr məsafədən standart tapançadan atəşaçma üzrə yarışda əldə edib.

İdmançı, ümumilikdə, 570 xal toplayaraq üçüncü yerdə qərarlaşıb.

Avropa çempionatına iyunun 8-də yekun vurulacaq.

Oxşar Xəbərlər