İsveçrənin Luqano şəhərində naməlum qadın mağazada iki qadına bıçaqla hücum edərək onları yaralayıb.
“QİA.AZ” xəbər verir ki, bu barədə “20 Minutes” portalı bildirib.
Məlumata görə, hücum edən qadın 28 yaşlı İsveçrə vətəndaşıdır. O, hər iki qadını boynundan yaralayıb. Polis bildirib ki, zərərçəkənlərdən biri ağır xəsarətlər alıb, ancaq onun həyatı üçün təhlükə yoxdur.
Hakimiyyət orqanları, cümlədən yerli polis hücumun terror aktı olmasını istisna etmir. Hadisəni törədən şəxsin terrorçularla əlaqədə olduğu vurğulanır.
Qeyd edilir ki, Tiçino kantonunun asayiş keşikçiləri federal polislə sıx qarşılıqlı əlaqədə işləyərək hadisənin motivlərini və başvermə şəraitini müəyyənləşdirir.