Azərbaycan basketbol millisi beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 3×3 basketbol üzrə milli komandası Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə qələbə ilə başlayıb.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış oyununda yeni yaranmış “Baku Fleyms” komandası ilə qarşılaşan yığma rəqibini 21:6 hesabı ilə məğlub edib.

Azərbaycan seçməsi növbəti matçını bu gün Portuqaliya yığması və Polşanın “Varşava Lotto” kollektivinə qarşı keçirəcək.

İyunun 3-dək davam edəcək turnirdə 8 komanda qüvvəsini sınayır. A qrupunda Azərbaycan, Portuqaliya, “Baku Fleyms” və “Varşava Lotto”, B qrupunda isə Polşa, İtaliya, Rumıniya və “Barselona Panters” komandaları yer alıblar.

Qruplarında ilk pilləni tutan kollektivlər birbaşa yarımfinala yüksələcəklər. II-III yerlərin sahibləri 1/4 finalda qarşılaşacaq və digər yarımfinalçıları müəyyənləşdirəcəklər.

Dünya Qadın Seriyası, Qəbələ mərhələsi

2 iyun

I tur

16:30 Azərbaycan – “Baku Fleyms”

16:55 Polşa – “Barselona Panters”

17:20 Portuqaliya – “Varşava Lotto”

17:45 İtaliya – Rumıniya

II tur

18:10 “Baku Fleyms” – “Varşava Lotto”

18:35 “Barselona Panters” – Rumıniya

19:00 Azərbaycan – Portuqaliya

19:25 Polşa – İtaliya

III tur

20:00 Portuqaliya – “Baku Fleyms”

20:25 İtaliya – “Barselona Panters”

20:50 “Varşava Lotto” – Azərbaycan

21:15 Rumıniya – Polşa

Oxşar Xəbərlər