Azərbaycan millisi çövkən üzrə dünya çempionatına darmadağınla başlayıb

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə dünya çempionatına start verilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Binə Atçılıq Mərkəzində reallaşan yarışın açılış oyununda Azərbaycan və Qazaxıstan komandaları üz-üzə gəliblər.

Matç Azərbaycan millisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşması isə Mərakeş və Küveyt kollektivləri arasında olacaq.

Qeyd edək ki, 10 ölkənin komandasının iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.

Oxşar Xəbərlər