Baş nazir: Ukrayna F-16 təyyarələrinin vaxtından əvvəl çatdırılmasını gözləyir

Ukrayna F-16 qırıcılarını mümkün qədər tez almaq istəyir.

QİA.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal öz teleqram kanalında məlumat verib.

Hökumət başçısı Kiyevə səfər edən Niderlandın müdafiə naziri Kaysa Ollonqren ilə görüşüb. Şmıqal və Ollonqren ölkələr arasında birgə hərbi istehsal və müdafiə texnologiyalarının mübadiləsini müzakirə ediblər. Baş nazir Niderlandın Ukraynanı Şimali Atlantika Alyansı ölkələri ilə birgə “Patriot” zenit-raket kompleksləri ilə təchiz etmək təşəbbüsünü qeyd edib.

Şmıqal xüsusilə vurğulayıb ki, Kiyev F-16 təyyarələrinin tezliklə təhvil verilməsini gözləyir. Bu da infrastrukturun qorunmasına kömək edəcək.

Oxşar Xəbərlər